Bolqarıstan millisinin sabiq baş məşqçisinə Azərbaycandan dəvət
05.03.2015 - 17:26
Bolqarıstan millisinin sabiq baş məşqçisinə Azərbaycandan dəvət

Bolqarıstanlı məşqçi Dimitar Dimitrov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu 56 yaşlı mütəxəssisin meneceri Mirço Dimitrov açıqlayıb.

 

O bildirib ki, ötən mövsümün sonunda Burqas “Çernomoret”indən ayrılan çalışdırıcı Azərbaycan klublarının maraq dairəsindədi.

 

Menecer məşqçinin hazırda aldığı təkliflər barədə düşündüyünü, lakin hələ qərar vermədiyini də qeyd edib: “Levski” ilə tam razılıq əldə etmişdik. O, baş məşqçi kimi fəaliyyətinə başlamalı idi. Lakin klub rəhbərliyi ilə fikir ayrılığı yarandı. Hazırda Rusiya, Azərbaycan və Qazaxıstan klubları ilə danışıqlar aparırıq. Mən özüm də çalışdırıcının verəcəyi qərarı səbirsizliklə gözləyirəm. Lakin yekun qərarın tezliklə deyil, mayda veriləcəyini düşünürəm”.

 

Qeyd edək ki, 1998-99-cu illəedə Bolqarıstan millisinin baş məşqçisi olmuş Dimitrov zəngin çalışdırıcılıq karyerasında vətənində “Levski”, “Nefteximik”, “Lokomotiv” (Plovdiv), “Nafteks”, “Liteks” klublarına rəhbərlik edib. Mütəxəssis Rusiyada “Amkar”, Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Qadisiyə” komandaların baş məşqçisi olub.

0