[b]“Barselona” və “Atletik” gözünü “Santyaqo Bernabeu”ya “dikdi”[/b]
06.03.2015 - 00:00
[b]“Barselona” və “Atletik” gözünü “Santyaqo Bernabeu”ya “dikdi”[/b]

İspaniya Kral kubokunun finalında qarşılaşacaq “Barselona” və “Atletik” həlledici oyunu “Santyaqo Bernabeu” stadionunda oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, bu haqda hər iki klub rəhbərliyi razılığa gəlib.

 

“Barselona” və “Atletik”i finalda 40 min azarkeşi izləyəcək. Həlledici matç mayın 30-da planlaşdırılır. Lakin madridlilərin buna razılıq verməsi heç də inandırıcı deyil.

 

Maraqlıdır ki, 2012-ci ildə İspaniya Kral kubokunun finalında Kataloniya və Bask klubları üz-üzə gəlib. Həmin görüşdə “Real” “Santyaqo Bernabeu” stadionunda finalın keçrilməsinə imtina edib.

0