[b]AFFA-nın İcraiyyə Komitəsinə yeni üzvlər seçildi [/b]
06.03.2015 - 11:54
[b]AFFA-nın İcraiyyə Komitəsinə yeni üzvlər seçildi [/b]

"Ölkə başçısı tərəfindən qəbul olunan “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” uğurla həyata keçirilir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

Assosiasiyanın Hesabat Konfransında iştirak edən Abdullayev çıxışında bildirib ki, dövlət başçısı İlham Əliyevin futbolla bağlı tapşırdığı bir çox məsələlər artıq yerinə yetirilib: “UEFA istəyimizi qəbul etdi. Avropa çempionatının bir neçə oyunu Azərbaycanda keçiriləcək. Bu, böyük məsuliyyət deməkdi. Prezidentimiz bu işdə bizə çox kömək etdi".

 

Daha sonra baş katib Elxan Məmmədov çıxış edib. O, ötən il ölkə futbolunda baş verən hadisələrdən danışıb: “Təbii ki, hər işdə mənfi və müsbət tərəflər var, problemlər mövcuddu. Təəssüf ki, millimiz 2014-cü ildə ardıcıl 4 məğlubiyyətdən sonra FİFA reytinqində gerilədi. Əvəzində gənc futbolçularımız yaxşı çıxış etdilər. 17 və 19 yaşlı futbolçularımızı nəzərdə tuturam. Bakıda "Mançester Yunayted"in rəsmi futbol məktəbi fəaliyyətə başladı. Belə bir futbol brendinin Azərbaycanda olması çox vacib məqamdı. Keçən il "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. "Qarabağ" azarkeşlərin ürəyində qalib kimi qaldı. 2020-ci ildə bizi çox vacib turnir gözləyir. Hədəfimiz odu ki, komandamız həmin Avropa çempionatının final mərhələsində oynamalıdı və biz əsl futbol bayramı təşkil etməliyik".

 

Sonra söz Məşqçilər Komitəsinin üzvü Vaqif Sadıqova verilib. O, yer aldığı komitənin məqsədindən danışıb: “Məşqçilər Komitəsinin əsas məqsədi Azərbaycan futbolu ilə bağlı bütün sahələri izləməkdi. Klubların rəhbərləri və məşqçiləri, aşağı yaş üzrə və əsas millinin məşqçilər korpusu ilə görüşlər keçirilib. Məşqçilər Komitəsi Klublar Komitəsi ilə əlaqəli iş görməyə çalışır. Biz tövsiyə xarakterli layihə hazırlamışdıq və onu AFFA rəhbərliyinə təqdim etdik. Əsas istəyimiz 2020-ci ildə Bakıda da təşkil olunacaq Avropa çempionatına layiqli komanda çıxarmaqdı”.

 

Yenidən çıxış edən Rövnəq Abdullayev bildirib ki, Dövlət Proqramının vaxtı artıq başa çatıb: “Biz hökumətə təqdim etmək üçün fəaliyyət hesabatı hazırlamışıq. Bu gün gələcək planlar barədə proqram hazırlanır. Bu da AÇ-2020 ilə bağlıdı. Tez bir zamanda ictimaiyyətə təqdim olunacaq”.

 

Ardından Elxan Məmmədov gündəlikdə duran digər məsələ, İcraiyyə Komitəsinin üzvlüyü məsələsinə toxunub. O bildirib ki, Ələkbər Məmmədovun dünyasını dəyişməsindən sonra vakant yer yaranıb: “Həmin yerə Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun namizədliyi irəli sürülüb. Seçkiləri açıq şəkildə keçirək”.

 

Sonra səsvermə keçirilib və Vaqif Sadıqov və İcraiyyə Komitəsinə üzv seçilib. Digər vakant yerə təhsil nazirinin müavini Firudin Qurbanov seçildi.

0