[b]Bakı-2015: Portuqaliya Avropa Oyunlarına ən azı 75 idmançı gətirəcək[/b]
06.03.2015 - 16:38
[b]Bakı-2015: Portuqaliya Avropa Oyunlarına ən azı 75 idmançı gətirəcək[/b]

Portuqaliya Milli Olimpiya Komitəsi Azərbaycanda keçiriləcək Avropa Oyunlarına qatılacağı heyətin sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, pireneylilər Bakı-2015-ə ən azı 75 idmançı ilə qatılacaq. Onlar 20 idman növündən 9-da çıxış edəcəklər.

 

Lakin badminton, cüdo, karate və taekvondo yarışlarında təsnifat mərhələləri Portuqaliyaya əlavə vəsiqələr qazandıra bilər. Çünki ölkənin paytaxtımızda bu idman növlərində təmsil olunub və ya olunmayacağı məhz seçmə xarakterli turnirlərdən asılıdı.

 

Komandanın şef-de-missionu Xose Qarsiya bildirib ki, ilk Avropa Oyunlarında uğurlu nəticə qazanmaq arzusundadı: “Bakıda təmsil olunacağımız idman növlərində ən güclüləri aparacağıq. Çünki biz orada Rio Olimpiadasına lisenziya əldə edə bilərik”.

0