[b]“Barselona” ingilis futbolçuya pul xərcləmək istəmir[/b]
06.03.2015 - 17:36
[b]“Barselona” ingilis futbolçuya pul xərcləmək istəmir[/b]

“Liverpul”un istedadlı yarımmüdafiəçisi Cordan Henderson karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, o, “Barselona”nın maraq dairəsinə düşüb.

 

Lakin Kataloniya klubu Hendersonu indi yox, növbəti mövsümün sonunda heyətinə qatmaq arzusundadı. Buna səbəb ispanların həmin futbolçuya görə pul xərcləmək istəməməsidi. Belə ki, 2016-cı ilin yayında Hendersonun “Liverpul”la müqaviləsinin müddəti başa çatır. “Barselona” rəhbərliyi indidən Cordanın razılığını alaraq, onu gələn il azad agent kimi transfer etmək niyyətindədi.

 

Qeyd edək ki, 2011-ci ildən “Liverpul”un formasını geyinən Henderson 2010-cu ildən İngiltərə yığmasının da şərəfini qoruyur.  

0