Azərbaycan çempionatına davam: “Rabitə” uduzmadığı rəqibə qarşı
06.03.2015 - 18:46
Azərbaycan çempionatına davam: “Rabitə” uduzmadığı rəqibə qarşı

Sabah qadın voleybolçular arasında Azərbaycan çempionatının IV dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Super Liqasının XVI turunun ilk görüşündə “Azərreyl” “Rabitə” ilə üz-üzə gələcək.

 

Günün yeganə matçında Azərbaycan çempionu aşkar favoritdi. Zoran Qayiçin baş məşqçi gətirilməsindən sonra bütün oyunları asanlıqla qazanan “Rabitə”nin bu dəfə də xal itirəcəyi inandırıcı görünmür. Ən yaxın izləyicisi “Lokomotiv”i 4 xal qabaqlayan komanda 3 xala yiyələnəcəyi halda ən azı növbəti 2 tur üçün də əlçatmaz olacaq.

 

İlk 3 dövrədə “Rabitə”dən 1 set belə ala bilməyən “Azərreyl” isə tilsimi qırmağa çalışacaq. Voleybol Mərkəzində baş tutacaq oyunda 1 hissədə qələbə onlar üçün uğur sayıla bilər. Çünki əsas məqsədi pley-offa yüksəlmək olan Vüqar Əliyevin yetirmələri 3-cü pilləyə yüksəlmək şanslarını itirdiyindən, 4-cü yeri qorumağı hədəfləyiblər.

 

Qeyd edək ki, XVI turun digər – “Lokomotiv” – “Azəryol” matçı martın 11-nə keçirilib.

 

7 mart

XVI tur

16:00. “Azərreyl” – “Rabitə”

Voleybol Mərkəzi

 

I dövrə: “Rabitə” – “Azərreyl”  - 3:0 (25:20; 25:22; 25:22)
II dövrə: “Azərreyl” – “Rabitə” - 0:3 (8:25; 18:25; 23:25)
III dövrə: “Rabitə” - “Azərreyl” - 3:0 (25:21; 25:5; 25:9)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

12

10

2

7

2

1

1

1

0

33-10

1026-842

30

2.

Lokomotiv

12

9

3

4

3

2

1

1

1

30-16

1094-908

26

3.

Azəryol

12

8

4

4

3

1

2

2

0

30-17

1073-989

25

4.

Azərreyl

12

2

10

0

1

1

1

1

8

9-33

817-998

6

5.

Telekom

12

1

11

0

0

1

1

4

6

9-35

880-1064

3

 

0