[b]"Barselona" zirvəni "Real"dan təhvil aldı - YENİLƏNİB[/b]
10.03.2015 - 02:04
[b]"Barselona" zirvəni "Real"dan təhvil aldı - YENİLƏNİB[/b]

 

İspaniya La Liqasında XXVI turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, açılış matçında “Levante” “Eybar”ı qəbul edib.

 

Hesabda geri düşən meydan sahiblər əzmkar qələbə qazanıb – 2:1.

 

Lider “Real” səfərdə Kral kubokunun finalçısı “Atletik”in qonağı olub. Matçın 26-cı dəqiqəsində Arits Adurisin vurduğu yeganə qol Bilbao təmsilçisinə 3 xal qazandırıb.

 

“Kral klubu”nun məğlubiyyəti isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Barselona” üçün əla şan olub. Kataloniyalılar “Nou Kamp”da orta sıralarda yer alan “Rayo Valyekano”nu sınağa çəkib. Luis Enrikenin yetirmələri qələbə qazanıb, zirvəni ələ keçirib. “Barsa” rəqibinə divan tutub - 6:1.

 

Turun mərkəzi oyunu “Atletiko” ilə “Valensiya” arasında baş tutub. “Visente Kalderon”da azarkeşlər 2 qol izləyiblər. Hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh bağlayıb”. Qarşılşama 1:1 hesabı ilə nəticələnib.

 

Yekun matçında isə autsayder “Kordoba” doğma divarlar arasında “Xetafe” ilə üz-üzə gəlib. Qonaqlar 1:2 hesabi ilə rəqibini məğlub edib.

 

 

İspaniya La Liqası

XXVI tur

06 mart

“Levante” – “Eybar” - 2:1

Qollar: Barral, 65, Uçe, 68 - Berjon, 55

 

07 mart

“Deportivo” – “Sevilya” - 3:4

Qollar: Ryera, 28; 72, Peres, 90+3 – Vitolo, 33; 52, Qameyro, 65-pen, Sidney, 83-avtoqol

 

“Atletik” – “Real” - 1:0

Qol: Aduris, 26

 

“Elçe” – “Almeriya” - 1:0

Qol: Rodriqes, 6

 

“Qranada” – “Malaqa” - 1:0

Qol: Kamaço, 57-avtoqol

 

08 mart

“Barselona” – “Rayo Valyekano” - 6:1

Qollar: Suares, 5; 90+1, Pike, 49, Messi, 56-pen, 63; 68 - Bueno, 80-pen

 

“Real Sosyedad” – “Espanyol” - 1:0

Qol: Kanales, 38

 

"Vilyarreal” – “Selta” - 4:1

Qollar: dos Santos, 41, Musakkio, 45+1, Vietto, 73, Moreno, 84 – Fernandes, 50

 

“Atletiko” – “Valensiya” - 1:1

Qollar: Koke, 33 - Mustafi, 78

 

09 mart

“Kordoba” – “Xetafe” - 1:2

Qollar:  Andone, 77 – Viko, 87-avtoqol, Rodriqes, 90+2

 

 

1.

Barselona

26

20

2

4

76:16

62

2.

Real

26

20

1

5

75:24

61

3.

Atletiko

26

17

4

5

51:23

55

4.

Valensiya

26

16

6

4

46:22

54

5.

Sevilya

26

15

4

7

46:33

49

6.

Vilyarreal

26

14

6

6

43:24

48

7.

Malaqa

26

12

5

9

29:30

41

8.

Atletik

26

9

6

11

23:31

33

9.

Selta

26

8

8

10

27:29

32

10.

Espanyol

26

9

5

12

32:37

32

11.

Real Sosyedad

26

7

9

10

29:36

30

12.

Xetafe

26

8

5

13

24:36

29

13.

Rayo Valyekano

26

9

2

15

29:49

29

14.

Eybar

26

7

6

13

26:36

27

15.

Elçe

26

7

6

13

23:45

27

16.

Deporvivo

26

6

7

13

23:42

25

17.

Levante

26

6

7

13

23:49

25

18.

Almeriya

26

6

6

14

22:40

24

19.

Qranada

26

4

10

12

17:40

22

20.

Kordoba

26

3

9

14

19:41

18

 

 

0