“İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”
18.03.2015 - 18:31
“İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”

“Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam”.  Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la qarşılaşmasındakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “Sadəcə, deyim ki, bu oyundan sonra gedib bir qədər dincəlmək olar. Çoxdandır ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”.

Mənbə: pfl.az

 

0