[b]“Rabitə”nin voleybolçusu: Bakıda bütün gücümüzü ortaya qoyacağıq[/b]
25.03.2015 - 01:40
[b]“Rabitə”nin voleybolçusu: Bakıda bütün gücümüzü ortaya qoyacağıq[/b]

“Birincisi, demək istəyirəm ki, mən bir neçə il sonra Krasnodara qayıtmağa çox şadam. Mənə çox xoş idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin voleybolçusu Foluke Akinradevo deyib.

 

ABŞ-dan olan təcrübəli blokçu ötən gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Krasnodar "Dinamo"sunu ilə görüşdə 1:3 hesabı ilə uduzmalarını şərh edib: “Bu gün biz istədiyimiz oyunu oynamadıq. Öncə ötürmələrdə səhvə yol verdik. Lap çox sadə səhvlər bizim məğlub olmağımıza gətirib çıxardı. “Dinamo” əla oynayırdı. Əlbəttə, biz belə nəticəyə sevinmirik. Lakin Bakıda bütün gücümüzü ortaya qoyacağıq. Əla nəticə əldə etməyə çalışacağıq. Mən bu klubda çıxış edən də belə güclü deyildi. Həmin vaxt bir çox zədəli voleybolçular var idi və mürəkkəb mövsüm keçirdik. Bugünkü “Dinamo” sözsüz, daha güclüdü”.

0