Çexin transfer qiyməti bəlli oldu
25.03.2015 - 15:00
Çexin transfer qiyməti bəlli oldu

“Çelsi” rəhbərliyi mövsümün sonunda Petr Çexlə yolları ayırmağa hazırdı. Apasport.az saytının məlumatına görə, “zadəganlar” çexiyalı qolkiperin transfer qiymətini də açıqlayıblar.

 

Çexi heyətinə qatmaq istəyən klub 14 milyon avrosundan keçməlidi. London klubunda əsas heyətə düşə bilməyən çərçivə qoruyucusunun özü də komandasını dəyişməyə razıdı.

 

33 yaşlı qapıçı ilə Madrid “Real”ı, “Arsenal” və PSJ yaxından maraqlanır.

 

Qeyd edək ki, 2004-cü ildən “Çelsi”nin formasını geyinən Çex bu klubun heyətində ümumilikdə 484 oyun keçirib. Cari mövsümdə isə Çexiya yığmasının üzvü cəmi 14 oyunda meydana çıxıb. 

0