“Xəzər Lənkəran”ın 25-ci dueli
25.03.2015 - 20:25
“Xəzər Lənkəran”ın 25-ci dueli

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXVII turu çərçivəsində aprelin 1-də “Fırtınalar meydanı”nda  “Sumqayıt”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu görüş “ağ-yaşıllar”ın Sumqayıt şəhərini təmsil edən futbol klubları ilə ümumilikdə 25-ci matçı olacaq.

 

Qeyd edək ki,  2004-cü ildən bəri “Xəzər Lənkəran” Sumqayıtın “Gənclərbirliyi”, “Standard”, “Sumqayıt Şəhər” və “Sumqayıt”  klubları ilə üst-üstə 24 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 16-da qalib gələn komanda iki dəfə – 2013-cü il may ayının 13-də ilk və cari mövsümün 16 avqust tarixində ikinci dəfə Sumqayıt təmsilçilərinə məğlub olub. 

 

Cütlüyün 6 matçında qalib müəyyənləşməyib. “Xəzər Lənkəran” Sumqayıt təmsilçilərinin qapısından keçirdiyi 56 topun qarşılığında öz qapısında cəmi 16 top görüb. Onu da əlavə edək ki, cütlüyün indiyə qədər keçirdiyi 23 oyunundan 21 görüşü çempionat və cəmi 2-si  kubok matçları olub.

 

Komandaların qarşıdurmalarında 16 rəqəmi ilə maraqlı məqamlara diqqət yetirək. İndiyə qədər “Xəzər Lənkəran” qapısından 16 top buraxıb, “ağ-yaşıllar”ın son səfər qələbəsi 16.03.2014 tarixində baş verib, son ev məğlubiyyəti 16.08.2014 tarixində qeydə alınıb. Ev məğlubiyyətindəki oyunda ilk hissənin bitiminə 16 dəqiqə qalmış qapıçı Orxan Sadıqlı qırmızı vərərə alıb və eyni dəqiqədə də “Sumqayıt” penaltidən qol vurub. Hər iki komandanın əsas heyətinin PFL-ə təqdim etdiyi sifariş ərzisində 16 nömrəli futbolçu yoxdu.

 

 

Mövsüm

Turnir

Rəqib

o

 q

 h

m

vt

bt

2004/05

Çem

Gənclərbirliyi

1

1

0

0

6

0

2004/05

Çem

Gənclərbirliyi

1

1

0

0

5

0

2005/06

Çem

Gənclərbirliyi

1

0

1

0

0

0

2005/06

Çem

Gənclərbirliyi

1

1

0

0

1

0

2006/07

Çem

Gənclərbirliyi

1

1

0

0

3

0

2006/07

Çem

Gənclərbirliyi

1

1

0

0

3

1

2007/08

Çem

Gənclərbirliyi

1

1

0

0

2

1

2007/08

Kub

Gənclərbirliyi

1

1

0

0

4

1

2007/08

Kub

Gənclərbirliyi

1

1

0

0

5

0

2007/08

Çem

Gənclərbirliyi

1

1

0

0

5

0

2009/10

Çem

Standard

1

1

0

0

2

1

2009/10

Çem

Standard

1

0

1

0

0

0

2011/12

Çem

Sum.şəhər

1

1

0

0

2

1

2011/12

Çem

Sumqayıt

1

1

0

0

3

0

2012/13

Çem

Sumqayıt

1

0

1

0

1

1

2012/13

Çem

Sumqayıt

1

0

1

0

2

2

2012/13

Çem

Sumqayıt

1

0

1

0

0

0

2012/13

Çem

Sumqayıt

1

0

0

1

0

1

2013/14

Çem

Sumqayıt

1

0

1

0

1

1

2013/14

Çem

Sumqayıt

1

1

0

0

4

3

2013/14

Çem

Sumqayıt

1

1

0

0

1

0

2013/14

Çem

Sumqayıt

1

1

0

0

4

1

2014/15

Çem

Sumqayıt

1

0

0

1

0

1

2014/15

Çem

Sumqayıt

1

1

0

0

2

1

 

CƏM                                                                    24        16           6            2          56         16

 

 (12cioyuncu.info)

0