“Sumqayıt” “Xəzər Lənkəran”la matça hazırlaşır
26.03.2015 - 01:28
“Sumqayıt” “Xəzər Lənkəran”la matça hazırlaşır

Novruz Bayramı və Premyer Liqada yaranmış fasilə ilə əlaqədar “Sumqayıt” 4 günlük istirahəti martın 22-də başa vurub. Apasport.az saytının məlumatına görə, artıq 3 gündür məşqlərini davam etdirən Aqil Məmmədovun komandası gündə iki dəfə olmaqla növbəti turdakı səfərdə qarşılaşacağı “Xəzər Lənkəran”la oyuna hazırlaşır.

 

Komandanın heyətində zədəli futbolçu yer almır.

 

Qeyd edək ki, A millinin düşərgəsində yer alan Andrey Popoviç, Məhəmməd Qurbanov, U-21-də olan Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev, Orxan Əliyev və U-19-la elit-raundda iştirak edəcək Budaq Nəsirov hazırlığa nisbətən gec qoşulacaq. Bununla əlaqədar olaraq, əvəzedici komandanın bir neçə üzvü əsas heyətlə məşq edir.

 

"Sumqayıt" ötən gün səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. Komanda axşam 16:30-da "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.

 

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu aprelin 1-də keçiriləcək.

0