3-cü cəhd: Yenə meydan sahiblərinə qarşı
26.03.2015 - 10:19
3-cü cəhd: Yenə meydan sahiblərinə qarşı

Bu gün Avropa çempionatının elit-raundunda mübarizəyə başlayacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixində 3-cü dəfə bu mərhələdə mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, 1994-cü ildən qitə miqyaslı yarışlarda iştirak edən yığmamızın final mərhələsinin bir addımlığında olduğu əvvəlki iki cəhd uğursuz alınıb.

 

2006/07 mövsümündə elit-raunda meydan sahibləri Norveç üzərində qələbə ilə (2:1) başlayan Arif Əsədovun yetirmələri ardınca 2 böyükhesablı məğlubiyyətə üzülüb. İspaniyaya 0:4, İslandiyaya 2:5 hesablı yenilgilər final mərhələsi arzusunu gözündə qoyub.

 

2009/10 mövsümündə də millimiz elit-raunda meydan sahibləri ilə qarşılaşma ilə başlayıb. Lakin Bernard Lippertin yetirmələri Türkiyə 0:2 hesabı ilə uduzub. Ardınca Norveçdən 1 xal alan komandamız (1:1) yenə İspaniya önündə 0:4 hesablı məğlubiyyət alıb.

 

Bu gün yenə ilk oyunu meydan sahiblərinə qarşı keçirəcək millinin rəqibi Fransa olacaq. Bu matç yığmamızın seçmə mərhələlərdə 64-cü oyunudu. 13 qələbə, 10 heç-heçə və 40 məğlubiyyəti olan futbolçularımız 54 top vurub, 146-nı buraxıb.

 

0