2 qrossmeysterimiz “Aeroflot Open”də mübarizəyə başlayır
27.03.2015 - 10:38
2 qrossmeysterimiz “Aeroflot Open”də mübarizəyə başlayır

Bu gün Rusiyanın paytaxtı Moskvada şahmat üzrə ənənəvi “Aeroflot Open”ə start veriləcək. Apasport.az saytının məlumatına görə, 22 ölkədən 72 zəka sahibinin mübarizə aparacağı yarışda Azərbaycanı 2 qrossmeyster təmsil edəcək.

 

Həmyerlilərimizdən Şəhriyar Məmmədyarovla (2756) Rauf Məmmədov (2658) qalib adı uğrunda mübarizə aparacaq.

 

Püşkə əsasən, “Aeroflot Open”in reytinq-favoriti Məmmədyarov I turda ağ fiqurlarla rusiyalı Boris Savçenkonu (2581) sınağa çəkəcək. Məmmədov isə “qaralar”la Mixail Mojarovla (Rusiya, 2555) üz-üzə gələcək.

 

Qeyd edək ki, çempion 9 turun yekununa əsasən bilinəcək və son oyunlar aprelin 4-də keçiriləcək.

0