Pepenin “Real”dakı taleyinə aydınlıq gəldi
28.03.2015 - 13:20
Pepenin “Real”dakı taleyinə aydınlıq gəldi

Madrid “Real”ı daha bir futbolçusu ilə bağlı yekun qərarını verib. Apasport.az saytı xəbər verir ki, komandanın portuqaliyalı müdafiəçisi Pepe yeni müqavilə təklifini qəbul edib.

 

Təcrübəli futbolçunun 2016-cı ilə qədər olan anlaşması 2018-ci ilin yayına qədər uzadılıb. 32 yaşlı oyunçu bu müddətdə ümidləri doğrultsa, onunla daha birillik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Pepe 2007-ci ildən “Real”ın formasını geyinir.

0