[b]200-dən bir əskik[/b]
29.03.2015 - 00:18
[b]200-dən bir əskik[/b]

AVRO-2016-nın seçmə mərhələsinin Malta ilə Bakıda keçirilən oyunu 3 futbolçu üçün Azərbaycan millisində debüt matçı olub. Apasport.az saytının məlumatına görə, start heyətində meydana çıxan Namiq Ələsgərov, həmçinin sonradan meydana daxil olan Ruslan Qurbanovla Eddi İsrafilov karyeralarında ilk dəfə ölkəmizin əsas yığmasında forma geyiniblər.

Bununla, millidə oynamış futbolçuların sayı 199-a çatıb. Malta üzərindəki 2:0 hesablı qələbəyədək baş tutan 211 qarşılaşmada 196 oyunçu meydana çıxmışdı.

Qeyd edək ki, 200-dən bir əskik futbolçusu olan millinin rekordçusu Rəşad Sadıqov 95-ci oyununa çıxıb.

 

0