[b]"Yaxınlarım həmişə deyirdilər ki..."[/b]
29.03.2015 - 01:20
[b]"Yaxınlarım həmişə deyirdilər ki..."[/b]

“Erkən qol vurmağımız arxayınlığa səbəb oldu. Ancaq xarakter nümayiş etdirib ikinci qolu da vurduq". Bu sözləri apasport.az saytına milli komandamızın yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Malta üzərində qazanılan qələbəyə (2:0) münasibət bildirən təcrübəli futbolçu oyunlarından məmnun qalmadığını bildirib: "Düzünü desəm, tam ürəyimiz istəyən oyunu göstərmədik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Amma çox da yüksək səviyyədə oynamadıq".

 

Yığmamızın ilk qolunun müəllifi olan Hüseynov bunu yaxınlarının duası ilə əlaqələndirib: “Yaxınlarım həmişə deyirdilər ki, səndən qol gözləyirik. Yəqin ki, onların duaları bu gün qəbul olundu”.

 

"Qəbələ"nin üzvü əlavə edib ki, millini bundan sonra daha çətin sınaqlar gözləyir: "Baş məşqçinin bizdən əsas tələbi topla çox oynamaq və daha çox hücum etməkdi. Üzərimizdə hələ çox işləməliyik. Çünki qarşıda millini daha çətin oyunlar gözləyir. Artıq xal ehtiyatımızı artırmağa çalışmalıyıq".

0