Biatlonçu futbol klubu ilə müqavilə imzaladı
31.03.2015 - 20:48
Biatlonçu futbol klubu ilə müqavilə imzaladı

Norveçli biatlonçu Yohannes Byo bundan sonra yaşıl meydanlarda top qovacaq. Apasport.az saytının məlumatına görə, bu il Finlandiyada keçirilən dünya çempionatının qalibi olan idmançı ölkəsinin III divizionunda çıxış edən “Stryun”la müqavilə imzalayıb.

Yohannes daim meydana çıxmaq istəmir. O, yalnız 15-20 dəqiqə mübarizə aparmağı düşünür.

Qeyd edək ki, Yoxannes Byo dünya çempionu olmaqla yanaşı, Finlandiyada gümüş və bürünc medallara da yiyələnib.

 

0