Şəhriyar Məmmədyarov mövqeyini qorudu, Teymur Rəcəbov gerilədi
01.04.2015 - 08:36
Şəhriyar Məmmədyarov mövqeyini qorudu, Teymur Rəcəbov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprel üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.

 

Qrossmeysterlərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Həmyerlimiz ötən ayda olduğu kimi, yenə 13-cü yerdədi. Onun aktivində 2754 reytinq xalı var.

 

Teymur Rəcəbov isə komanda yoldaşından fərqli, geriləyib. Martda heç bir oyun keçirməyən həmyerlimiz 1 rəqibini irəli buraxmaqla, 2738 xalla 21-ci yerə düşüb.

 

Reytinq cədvəlinin ilk “üçlüy”ündə dəyişiklik olmayıb. Maqnus Karlsenin (Norveç, 2863) başçılıq etdiyi siyahıda Fabiano Karauna (İtaliya, 2802) ikinci, Hikaru Nakamura (ABŞ, 2798) üçüncüdü.

 

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

 

0