[b]Anar Bəkirov “Simurq”un taleyinə aydınlıq gətirdi[/b]
01.04.2015 - 10:52
[b]Anar Bəkirov “Simurq”un taleyinə aydınlıq gətirdi[/b]

"Simurq"un prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərliyin, məşqçilər korpusunun və futbolçuların iştirak etdiyi görüşdə qarşıdakı oyunlar müzakirə edilib. 

 

Klub prezidenti son zamanlar "Simurq"la bağlı mətbuatda gedən yazılara aydınlıq gətirərib. O bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdı: “Hər kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdı”.

 

Anar Bəkirov qeyd edib ki, "Simurq"un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti futbolçulardan qarşıdakı oyunlarda müsbət nəticə qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb. 

0