Premyer Liqa: XXVIII turun bir oyunu canlı yayımlanacaq
01.04.2015 - 11:54
Premyer Liqa: XXVIII turun bir oyunu canlı yayımlanacaq

Topaz Premyer Liqasında XXVIII turun bir oyununun təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, AZAL – “Qəbələ” matçının başlama saatı artıq bilinir.

 

Aprelin 5-də “AZAL Arena”da baş tutacaq bu görüş saat 17:00-da start götürəcək. Maraqlıdı ki, turun bütün qarşılaşmalarının həmin gün keçirilməsi planlaşdırılsa da, yalnız bu matç “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, XXVIII turun digər oyunlarında “Simurq” “Neftçi”ni, “İnter” “Xəzər Lənkəran”ı, “Bakı” isə “Qarabağ”ı qəbul edəcək. İlk iki görüşün meydan sahibi komandanın internet saytında canlı yayımlanması da istisna deyil.

0