Yurgen Klopp Türkiyəyə köçür?
01.04.2015 - 14:24
Yurgen Klopp Türkiyəyə köçür?

Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp gələn mövsümdən Türkiyəyə köçə bilər. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Qalatasaray” təcrübəli mütəxəssisin xidmətində maraqlıdı.

 

Mayda klubda keçiriləcək prezident seçkiləri zamanı yenidən namizədliyini irəli sürəcək Ünal Aysalın ən böyük vədi də məhz Kloppdu. “Cim-bom”dakı ilk dönəmində Didye Droqba, Uesli Sneyder kimi ulduz futbolçuları transfer edən Aysal təcrübəli mütəxəssislə artıq danışıqlara başlayıb. “Borussiya” cari mövsümdə uğursuz çıxış etdiyindən, 48 yaşlı çalışdırıcı komandasını dəyişmək qərarına gəlib. Onun Türkiyəyə gəlməyin əleyhinə olmadığı da deyilir.

 

Qeyd edək ki, Ünal Aysal bundan əlavə, “Real”ın yarımmüdafiəçisi Sami Xedira və “Tottenhem”in hücumçusu Emmanuel Adebayoru da “Qalatasaray”a gətirməyə söz verib.

0