George Çixradze Avropa Liqasına yollanmaqdan danışdı
01.04.2015 - 16:49
George Çixradze Avropa Liqasına yollanmaqdan danışdı

“Çətin və gərgin oyun alındı. Matçın 1-ci dəqiqəsindən sonuncu dəqiqəsinə qədər hesabın dəyişməsi təhlükəsi vardı”. Apasport.az saytının məlumatına görə, bunu Topaz Premyer Liqasının XXVII turu çərçivəsində AZAL-la oyundan sonra “Simurq”un baş məşqçisi George Çixradze deyib.

 

Gürcüstanlı mütəxəssis bildirib ki, 1:0 hesablı qələbə sayəsində yüksəldikləri 4-cü pilləni qorumağa çalışacaqlar: “Oyunçularım bu görüşün mahiyyətini dərk edirdilər. Çünki qazanılacaq qələbə bizi turnir cədvəlinin 4-cü pilləsinə yüksəldəcəkdi. Çempionatın sonuna qədər bu pilləni qorumalıyıq ki, Avropa Liqasına yollanaq”.  
 

Mənbə: pfl.az

0