Vobay Zaqatalada azarkeşlərə nə göstərdi? - VİDEO
06.04.2015 - 15:42
Vobay Zaqatalada azarkeşlərə nə göstərdi?  - VİDEO

“Dünən oyundan sonra da mənə bu haqda sual verildi. Açığı, söhbətin nədən getdiyini bilmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Julius Vobay deyib.

 

Syerra-leoneli legioner Topaz Premyer Liqasının XXVIII turunun “Simurq”la qarşılaşmasında baş verənlər haqda fikirlərini açıqlayıb. Vobay klubun rəsmi saytına açıqlamasında bildirib ki, azarkeşlər onun qol sevincini ədəbsiz jest kimi başa düşüblər. Julius buna görə üzr istəməyə də hazır olduğunu bildirib: “Bu gün kadrları izlədim. Mənə təəccüblü gəldi ki, bu hərəkətim ədəbsiz jest kimi qiymətləndirilib. Halbuki mən bu hərəkətimlə vurduğumuz qolda pay sahibləri olan Nikolas Kanales, Əziz Quliyev, həmçinin qapıçımız Aqil Məmmədovla birgə qələbəni özüməməxsus tərzdə qeyd edirdim. Həmin epizodda ədəbsiz jestdən söhbət belə gedə bilməz. Uzun illərdir Azərbaycandayam, bir müsəlman kimi bu xalqın inancına, adət-ənənəsinə az-çox bələdəm. Heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm”.

 

0