[b]Şəhriyar Məmmədyarovla Rauf Məmmədov yarım xalla başladılar [/b]
17.04.2015 - 19:34
[b]Şəhriyar Məmmədyarovla Rauf Məmmədov yarım xalla başladılar [/b]

Bu gün mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turniri start götürüb. Apasport.az saytının məlumatına görə, 10 qrossmeysterin mübarizə apardığı yarışın ilk turunda azərbaycanlı zəka sahiblərindən heç biri qələbə qazana bilməyib.

 

Günün ən uzun çəkən görüşündə Şəhriyar Məmmədyarov italiyalı Fabiano Karuana ilə xalı yarı bölüblər. Hazırkı və sabiq dünya çempionları - Maqnus Karlsenlə Vişvanatan Anand, eləcə də turnirdəki digər təmsilçimiz Rauf Məmmədovla Maksim Vaşi-Lagrav da lövhədən yarım xalla ayrılıblar. Vladimir Kramnik Maykl Adamsı, Uesli So Aniş Qrişini təslim edib.

 

 

I tur

17 aprel

 

Vladimir Kramnik (Rusiya, 2783) - Maykl Adams (İngiltərə, 2746) - 1:0
Uesli So (ABŞ, 2788) - Aniş Giri (Hollandiya, 2790) - 1:0
Rauf Məmmədov (Azərbaycan, 2658) - Maksim Vaşi-Lagrav (Fransa, 2716) 
- 0,5:0,5
Vişvanatan Anand (Hindistan,2791) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Fabiano Karuana (İtaliya, 2802) - 0,5:0,5

 

İkinci turun oyunları sabah baş tutacaq. Həmvətənlərimizdən Şəhriyar Karlsenlə, Rauf isə Aniş Qrişi ilə qarşılaşacaq.

0