"İnter"in legioneri son durumundan danışdı - FOTO
17.04.2015 - 23:00
"İnter"in legioneri son durumundan danışdı - FOTO

"Komandamın oyunlarına kənardan baxmaq məni məyus edir. Çünki "İnter"ə kömək edə bilmirəm". Bu sözləri apasport.az saytına açıqlamasında "İnter"in gürcüstanlı müdafiəçisi Aleksandr Amisulaşvili deyib.

Gürcüstan yığmasının heyətində zədələnən 33 yaşlı futbolçu son durumu ilə bağlı danışıb.

Vəziyyətinin yaxşılaşdığını deyən Amisulaşvili tezliklə yaşıl meydanlara dönəcəyini qeyd edib: "Yavaş-yavaş hər şey qaydasına düşür. Zədəmi, demək olar sağaltmışam. Hazırda fərdi məşqlərlə kifayətlənirəm. Amma getdikcə özümü yaxşı hiss edirəm. Həkimlərin nəzarəti altındayam. Bir həftəyə kollektivlə birgə məşqlərə qatılacam".

Amisulaşvili çempionatın son turlarında daha gərgin mübarizə gedəcəyini düşünür: "Adətən çempionatın son görüşləri daha gərgin keçir. Odu ki, tezliklə meydana qayıtmalıyam. Gərgin matçlarda "İnter"ə kömək etmək istəyirəm. Bizim üçün hər xal böyük önəm daşıyır".

 

0