Türk futbolçu "İnter"in hədəfində
19.04.2015 - 17:19
Türk futbolçu "İnter"in hədəfində

“İnter”  “Beşiktaş”ın yarımmüdafiəçisi Tolqay Arslanı transfer etməkdə maraqlıdı. Apasport. az saytı xəbər verir ki, alman mətbuatında yer alan məlumatlara görə, Milan klubu türk futbolçu ilə mövsüm sonunda anlaşmaq istəyir.

 

Belə ki, heç də yaxşı günlərini yaşamayan “İnter” əvvəlki vaxtlarına qayıtmaq üçün yayda bir sıra oyunçuları heyətinə qatmaq qərarına gəlib. Bu siyahıda 24 yaşlı Tolqay da var.

 

Qeyd edək ki, orta xətt futbolçusu hələ “Hamburq”dan “Beşiktaş”a gəlməzdən öncə italyanların diqqətini çəkmişdi. “Qara qartallar”ın Avropa Liqa qarşılaşmasında Tolqay “Liverpul”a mükəmməl qol vurmaqla yenidən "İnter"in maraq dairəsinə düşə bilib. 

0