[b]Rauf Məmmədov: Məğlubiyyətdən sonra heç-heçə yaxşı nəticədi[/b]
21.04.2015 - 20:37
[b]Rauf Məmmədov: Məğlubiyyətdən sonra heç-heçə yaxşı nəticədi[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 5-ci turun görüşləri davam edir. Apasport. az saytının məlumatına görə, Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 5-ci turunda azərbaycanlı şahmatçı Rauf Məmmədov Maykl Adamsla (İngiltərə) heç-heçə oynayıb.

 

Məmmədov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: "Ötən tur məğlub oldum. Məğlubiyyətdən sonra heç-heçə oynamaq yaxşıdır. Maykl Adams çox təcrübəli şahmatçıdı. Uşaqlıqdan onun pərəstişkarı olmuşam, partiyalarına dəfələrlə baxmışam. İstəyirdim, öz oyunumu diqtə edim, lakin alınmadı. İlk dəfə belə yüksək səviyyəli yarışda iştirak etmək mənim üçün çox çətindir. Qələbə qazanmaq asan olmur. Zəif rəqib olmadığı yarışda dünyanın ən güclüləri oynayır. İl ərzində belə yarışlarda bir-iki dəfə iştirak etsəm böyük təcrübə qazanaram".


 

İngiltərə şahmatçısı Maykl Adams nəticənin oyuna görə olduğunu söyləyib: "Görüş heç-heçəyə gedirdi. Maraqlı oyun oldu. Fərqli mübarizə sərgiləməyə çalışdım. Rauf sona qədər çalışsa da, dönüş yarada bilmədi.
İstirahət günündə yatmaq istəyirəm. Çox yorulmuşam. Futbol oynamaq barədə düşünmürəm".

0