[b]Qurban Qurbanovun 3 qol vurduğu komanda[/b]
23.04.2015 - 16:40
[b]Qurban Qurbanovun 3 qol vurduğu komanda[/b]

Növbəti oyununu Serbiyaya qarşı keçirəcək Azərbaycan yığması tarixində 5-ci dəfə bu ölkənin komandası ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, iyunun 7-də Avstriyada baş tutacaq yoxlama matçınadək komandalar yalnız seçmə oyunlarında üz-üzə gəlib.

 

İlk dəfə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq millilər Avropa çempionatlarının seçmə mərhələlərində rəqib olublar. AVRO-2004-də rəqibimiz indiki kimi Serbiya deyil, Serbiya və Monteneqro adlansa da, bunlardan birincisi digərinin rəsmi xələfi sayılır.

 

Həmin komanda ilə görüşlər tarixi əhəmiyyət kəsb etmişdi. Millimiz ilk səfər xalını qazanıb, eyni rəqibdən 4 xal qoparmağı bacarmışdı. Əsgər Abdullayevin baş məşqçi olduğu həmin görüşlərdə Qurban Qurbanov 3 qol vurmuşdu.

 

AVRO-2008-də isə artıq Serbiya kimi çıxış edən rəqibimiz yığmamızdan qisasını almışdı. Onlar Belqradda boş tribunalar önündə 1:0, Bakıda isə 6:1 hesablı darmadağına imza atmışdı. Həmin qarşılaşma Şahin Diniyevin baş məşqçi postundan istefası ilə nəticələnmişdi. Həmin qarşılaşmadan 2759 gün sonra millimiz darmadağının qısasını almağa çalışacaq.

 

Maraqlıdı ki, elə yığmamız da 2003-cü ildə rəqibinin baş məşqçisini istefaya göndərmişdi. Onda hazırda Monteneqro Futbol Federasiyasının prezidenti olan

Deyan Saviçeviç baş məşqçi karyerasına son qoymuşdu.

 

Ümumilikdə baş tutan 4 görüşdə serbiyalılar 2, millimiz 1 qələbə qazanıb, 1 dəfə isə heç-heçə qeydə alınıb. Yığmamız 5, rəqibi 10 top vurub.

 

Azərbaycan – Serbiya: Əvvəlki oyunlar

12 fevral 2003. Podqoritsa. AÇSO. Serbiya və Monteneqro – Azərbaycan - 2:2

11 iyun 2003. Bakı. AÇSO. Azərbaycan – Serbiya və Monteneqro - 2:1
2 sentyabr 2006. Belqrad. AÇ. Serbiya – Azərbaycan - 1:0
17 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Serbiya - 1:6
 

Qeyd edək ki, yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçki futbolçu kimi Yuqoslaviya millisində debüt edib. Serbiya yığması isə bu komandanın hüququ varisidi.

0