[b]"Biz seriya haqda fikirləşmirik"[/b] -[b]Rafael Santos[/b]
24.04.2015 - 00:05
[b]"Biz seriya haqda fikirləşmirik"[/b] -[b]Rafael Santos[/b]

“Hər oyuna 3 xal üçün çıxırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da belə olacaq”. Apasport. az saytı “Qəbələ” futbol klubunun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu fikirləri növbəti çempionat oyunundan öncə “qırmızı-qaraların” müdafiəçisi Rafael Santos deyib.

 

Santos ardıcıl 7 çempionat qarşılaşmasında qalib gəldiklərini vurğalayıb. O, məqsədlərinin hər görüşdən 3 xalla ayrılmaq olduğunu diqqətə çatdırıb: “Bu matça bütün oyunlara olduğu kimi hazırlaşırıq. Əlbəttə ki, çətin oyun olacaq, amma qələbə üçün əlimizdən gələni edəcəyik. Biz seriya haqda fikirləşmirik. Vacib olan qalib gəlib, 3 xalımızı əldə etməkdi. Medalçılar sırasına düşmək şanslarımız var. Ona görə də, mükafatlar uğrunda sonadək mübarizə aparacağıq”.

 

Qeyd edək ki, braziliyalı legioner “Qəbələ”nin heyətində 46 oyun keçirib. Bunların 38-i Premyer Liqa, 6-sı kubok, 2-si Avropa Liqasına təsadüf edib. 

0