AFFA millinin futbolçusunu Almaniyaya göndərir
24.04.2015 - 15:38
AFFA millinin futbolçusunu Almaniyaya göndərir

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov yenidən Almaniyada fizioterapiya kursu keçəcək. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Malta görüşündə xəsarət alan yarımmüdafiəçi 4-6 həftə sonra ölkə xaricinə yollanacaq.

 

Almaniyanın Plattlinq şəhərində uğurla cərrahiyə əməliyyatı olunan Ələsgərov ilkin fizioterapiya kursunu da keçmişdi. İkinci dəfə bu kursa yollanacaq futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.

 

Mənbə: affa.az

0