Bakı-2015: Yeni satış kassaları açıldı
24.04.2015 - 16:18
Bakı-2015: Yeni satış kassaları açıldı

İyunda Bakıda keçiriləcək I Avropa Oyunlarına biletləri almaq üçün yeni satış kassaları fəaliyyətə başlayıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, bu gündən biletləri paytaxtın müxtəlif nöqtələrində yerləşən McDonalds restoranlarından almaq mümkün olacaq.

 

Bakı-2015-in qida təchizatı üzrə rəsmi dəstəkçisi özünün Neftçilər, Əhmədli və Fəvvarələr Meydanındakı mərkəzlərində bilet kassaları yerləşdirməklə, idman azarkeşlərinə Azərbaycan tarixinin ən mötəbər tədbirində iştirak etmək üçün bilet almağa imkan yaradır.

 

Bilet kassalarının açılışında çıxış edən Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bu uğurla davam edir: “Biz McDonaldsın göstərdiyi dəstəyin daha çox insana Oyunların həyəcanını yaşamağa imkan yaradacağından məmnunuq. İyunun 12-də açılış mərasiminə sayılı günlər qaldıqca ölkə boyunca yarışa olan marağın artdığının şahidi ola bilərsiniz. Bakı sakinləri Oyunlara böyük dəstək göstərirlər və ötən həftə təşkil etdiyimiz test yarışlarının böyük tamaşaçı kütləsi qarşısında keçməsi bizi sevindirdi”.

 

Qeyd edək ki, McDonaldsla yanaşı, biletləri www.baku2015.com saytında onlayn üsulla və ya Bakının digər nöqtələrində yerləşən bilet satış məntəqələrindən də almaq mümkündü. Ətraflı məlumat www.baku2015.com saytında yaxud 2015 - tamaşaçı məlumat mərkəzinə zəng etməklə əldə etmək olar.

 

0