[b]Muarem Muarem: “Qarabağ” üçün fərqi yoxdu [/b]- MÜSAHİBƏ
25.04.2015 - 23:03
[b]Muarem Muarem: “Qarabağ” üçün fərqi yoxdu [/b]- MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Neftçi” üzərində qələbə qazandıqları (3:2) görüşdə hesabı açan “Qarabağ”ın futbolçusu Muarem Muarem qarşılaşma başa çatdıqdan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Neftçi”nin daha çox ev oyununu keçirdiyi meydanda qazandığınız 3 xal haqda nə deyə bilərsiniz?

- Matça yaxşı hazırlaşmışdıq. Səfərdə oynadığımızı deməyəcəm. Çünki biz də ev oyunumuzu burada keçiririk. Həm də harda oynamağımızın bizim üçün elə də fərqi yox idi. Vacib olan 3 xalı qazanmaq idi, bunu da əldə etdik.  

 

- Hesab 2:0 olduqdan sonra niyə üstünlüyü əldən verdiniz?

- “Neftçi” ilə qarşılaşdığımızı unutmaq olmaz. Rəqib güclü komandalardan biridi.

 

- Həmin vaxt “Neftçi” üstün oynadı, yoxsa siz bir qədər arxayınlaşdınız?

- Bu cür qarşılaşmalarda 2 top fərqi ilə üstün olsan da, ehtiyatı əldən verməməlisən. Bəlkə də, haqlısınız, bir qədər diqqətsizliyə yol verdik. Yaxşı ki, sonra ayıldıq, hesabı xeyirmizə dəyişdik və qələbə qazandıq.

 

- Mövsümə “Neftçi” ilə matçla  - kubokun finalı ilə yekun vuracaqsınız...

- Kubokla çempionat oyununun atmosferi fərqlidi. Finalda bir oyun keçirəcəyik və qələbə qazansaq, kuboka sahib çıxacağıq. Çempion isə uzun marafondu.

 

- İndidən əksəriyyət “Qarabağ”ın “qızıl dubl” edəcəyini düşünür. Razılaşırsınızmı?

- O cür düşünə bilərlər. Kənardan hər şey asan görünə bilər. Amma biz çox əziyyət çəkirik. Heç nəyi mübarizəsiz qazanmırıq.

 

- Hər halda, bu cür açıqlamalar oyununuza təsir etməyə bilməz...

- Fikrimiz o deyilənlərin yanında olsa, mütləq təsir edəcək. Lakin biz o cür açıqlamalara fikir vermirik. Gücümüzü meydandakı mübarizəyə yönəldirik. İndi çempion olacağımızı deyirlər. Amma bunu rəsmiləşdirməyimiz üçün minimum 2 qələbə qazanmalıyıq. Deməli, bizi ağır 180 dəqiqə gözləyir.

 

0