[b]Milli komanda üzvlərinin uğursuz günü[/b]
03.05.2015 - 22:38
[b]Milli komanda üzvlərinin uğursuz günü[/b]

Almaniya 2-ci Bundesliqasının 31-ci turu çərçivəsində keçirilən oyunlar legionerlərimiz üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” autsayder “Aue”yə qonaq olub.

 

Gözlənilmədən rəqibinə məğlub olan “ağ-göylər”də Dmitri start heyətində yer alıb. 21-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan futbolçumuz ikinci hissədə əvəzlənib. Oyun 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

 

Digər milliləşmiş legioner, Tuğrul Eratın komandası “Fortuna” da səfərdə “Qroyt Furz”a böyük hesabla yenilib. Matçın bitiminə 12 dəqiqə qalmış meydana daxil olan hücumçu komandasının 0:3 hesablı məğlubiyyətinə mane ola bilməyib.

 

Xatırladaq ki, 31 turdan sonra “Karlsrue” 52 xalla 4-cü, “Fortuna” isə 41 xalla 7-ci pillədə qərarlaşıb.

0