[b]Sadio Tounkara Türkiyəyə gedir[/b]
04.05.2015 - 09:32
[b]Sadio Tounkara Türkiyəyə gedir[/b]

Topaz Premyer Liqasının XXXII turunda “Bakı” ilə səfər matçında zədələnən “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Sadio Tounkara Türkiyəyə yollanacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, malili futbolçu orda cərrahiyyə əməliyyatı olunacaq.

 

Diz çarpaz bağları qopduğu üçün ən azı 4 ay yaşıl meydançalardan kənarda qalacaq 23 yaşlı oyunçunun Türkiyə səfəri ordan gələcək xəbərdən asılıdı. Belə ki, futbolçunun MRT nəticəsi qardaş ölkəyə göndərilib və bu gün cavab gəlməlidi. Tounkaranın bu həftə Türkiyəyə gedərək əməliyyat olunması gözlənilir. Əməliyyatdan sonra isə o, ölkəsi Maliyə yollanacaq və müayinəsini orda davam etdirəcək.

 

Qeyd edək ki, gələn mövsümün startını buraxacaq Sadio Tounkaranın “Xəzər Lənkəran”la hələ 2 illik müqaviləsi qüvvədədi.

0