[b]“İnter”də çox yaxşı maaşa oynamışam”[/b] – Asif Məmmədov
04.05.2015 - 10:39
[b]“İnter”də çox yaxşı maaşa oynamışam”[/b] – Asif Məmmədov

“Artıq 8 ildi “İnter”dəyəm. Rəhbərlik istəsə, bundan sonra da komandada qalaram”. Bunu apasport.az saytına “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov deyib.

 

Maliyyə problemi yaşayan “bankirlər”in növbəti mövsümdən ortabab komandaya çevrilməsi və futbolçuların maaşlarının azaldılacağı gözlənilir.

 

Məmmədov bildirib ki, “İnter”də oynamağa hazırdı: “İnter” həmişə iddialılar sırasında yer almış komandadı. Gələn mövsüm də belə olacağına inanıram. Üstəlik, Avropa Liqasında da mübarizə aparacaq. Bu vaxta qədər “İnter”də çox yaxşı maaşa oynamışam, klubun çörəyini yemişəm. Təbii ki, digər təkliflərə də baxacam. Əgər arada böyük fərq olmasa, az pula “İnter”də qalaram”.

 

29 yaşlı yarımmüdafiəçi Türkiyəyə yollanmaq fikrində olmadığını da əlavə edib: “Türkiyənin I liqası indi əvvəlki kimi güclü deyil. Üstəlik, orda klublar da yaxşı durumda deyillər. Gedib orda oynamaqdansa, elə “İnter”də qalaram”.

 

0