[b]Kamran Ağayevin komandası Superliqada[/b]
05.05.2015 - 08:48
[b]Kamran Ağayevin komandası Superliqada[/b]

Azərbaycan millisinin futbolçusu Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” Türkiyə Superliqasına vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, I liqanın lideri XXXI turun son oyun günündən sonra yüksək l dəstəyə qayıdışını rəsmiləşdirib.

 

3-cü pillədə qərarlaşan “Adanadəmirspor”un xal itkisi Kayseri təmsilçisinə vəsiqə qazandırıb. Adanalılar “Samsunspor”la qolsuz heç-heçə edib.

 

Nəticədə 63 xala malik “Kayserispor” ilk 2 pillədən birini təmin edib. Düzdü, “Osmanlıspor”un 57, “Adanadəmirspor”un 56 xalı var. Bu üzdən onların lideri arxada qoymaq ehtimalı olsa da, bunu yalnız komandalardan biri edə bilər. Çünki artıq XXXII turda kayserililərin izləyiciləri üz-üzə gələcək.

 

Bu da o deməkdi ki, Ağayevin komandası bütün oyunları uduzsa da, izləyicilərindən biri onu keçə, digəri xal hesabında çata bilər. Bu isə kayserililərə üstünlük verəcək. Çünki onlar hər iki rəqiblə şəxsi oyunlarda üstünlüyə malikdi. Lider həm “Osmanlıspor” (3:1 və 0:0), həm də “Adanadəmirspor”dan (3:3 və 2:1) 4 xal alıb.

0