[b]"Bakı"nın Qeyrəti cəzalandı [/b]
05.05.2015 - 11:56
[b]"Bakı"nın Qeyrəti cəzalandı [/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXXII turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.

 

“Neftçi” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Nikolas Kanales 2 oyunluq cəzalanıb. Çilili hücumçunun hərəkəti “Neftçi”nin 2000 manat cərimələnməsi ilə nəticələnib.

 

“Xəzər Lənkəran”la qarşılaşmanın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Qeyrət Əliyevin cəzası nisbətən yüngül olub. “Bakı”nı 200 manat ziyana salan futbolçu 1 oyunluq kənarlaşdırılıb.

 

“Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunmasına görə “qırmızı-qaralar” 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Qarabağ” 2000 manat ödəməli olacaq.

 

0