[b]Noyer: “Avtobus park etmək” fikrində deyilik[/b]
05.05.2015 - 20:45
[b]Noyer: “Avtobus park etmək” fikrində deyilik[/b]

“Bavariya”nın qapıçısı Manuel Noyer “Barselona” ilə oynayacaqları Çempionlar Liqası yarımfinal ilk qarşılaşması haqqında açıqlamalar verib. Apasport.az saytının verdiyi məlumata görə, rəqibi yaxşı tanıdıqlarını qeyd edən qapıçı, özlərindən əmin olduqlarını bildirib:

 

“Biz sabah kimlərə qarşı oynayacağımızı bilirik. Özümüzə arxayınıq və müdafiə olunmaq, qapının ağzına “avtobus park etmək” fikrimiz yoxdur”.

 

Almaniya kubokunda mübarizəni dayandırdıqdan sonra, mövsümün sonunda tək hədəflərinin Çempionlar Liqasını qazanmaq olduğunu qeyd edən Noyer “Barselona”nın qolkiperi Ter Ştegen haqqında da fikirlərini bildirib:

 

“Ter Ştegen əla qapıçıdır. Onun milli komandaya qayıdacağına inanıram”.

0