Yurgen Klopp: Ağzına gələni yazan hər kəsə cavab verməliyəm
21.05.2015 - 17:33
Yurgen Klopp: Ağzına gələni yazan hər kəsə cavab verməliyəm

Dortmund “Borussiya”sından ayrılmağa hazırlaşan baş məşqçi Yurgen Kloppa təkliflər gəlməkdə davam edir. Apasport.az saytı xəbər verir ki, “Real” və “Mançester Siti” ilə yanaşı, “Fənərbaxça” da almaniyalı mütəxəssisin xidmətində maraqlıdı.

 

Hətta yayılan məlumata görə, Klopp bu yaxınlarda Türkiyəyə gəlib və “Fənərbaxça” rəsmiləri ilə görüşüb. Bununla bağlı açıqlama verən 48 yaşlı çalışdırıcı “Fənərbaxça” xəbərini təkzib edib: “İstanbula getməmişəm. Hansısa klubla nə görüşmüşəm, nə də danışmışam. “Twitter”də ağzına gələni yazan hər kəsə artıq cavab vermək məcburiyyətindəyəm”.

 

Qeyd edək ki, Yurgen Klopp 2008-ci ildən bəri “Borussiya”nı çalışdırır.

0