115 illik həsrətə son
22.05.2015 - 08:11
115 illik həsrətə son

Belçika çempionunun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, “Gent” çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edib.

 

“Standard” üzərində 2:0 hesablı qələbə qazanan Gentin eyniadlı təmsilçisi izləyiciləri üçün əlçatmaz olub. Xal hesabını 49-a çatdıran yeni çempion “Brügge”dən 5 xal uzaqlaşıb.     

 

Bu uğur “Gent”in 151 illik tarixində ilk çempionluqdu. 1864-cü ildə yaranan komanda 1900-cü ildən ölkə çempionatına qatılıb ki, buradakı 115 illik həsrətə də son qoyub. Yeni çempion indiyədək ən yaxşı halda gümüş medal qazanmışdı. 1954/55 və 2009/10 mövsümündə 2-ci olan komanda tarixində ilk zəfərini əldə edib.

 

Qeyd edək ki, “Gent” Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

0