Robert Prosineçki futbolçumuza görə klubuna müraciət etdi
22.05.2015 - 09:12
Robert Prosineçki futbolçumuza görə klubuna müraciət etdi

Millimizin gələn ay Norveçlə keçirəcəyi oyun üçün heyəti açıqlanmasa da, baş məşqçi Robert Prosineçkinin dəvət göndərdiyi futbolçulardan birinin adı artıq bəllidi. Apasport.az saytının Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli çalışdırıcı “Hayduk”da çıxış edən Ruslan Qurbanovu yığmaya çağırıb.

 

Belə ki, bununla bağlı Split klubuna məlumat verilib. Məlumatda bildirilib ki, Qurbanov yığmanın Serbiya ilə keçirəcəyi yoldaşlıq matçına və Norveçlə baş tutacaq rəsmi qarşılaşmaya dəvət olunub.

 

Ruslan iyunun 1-də Bakıya gələrək, toplanışa qatılacaq.

 

Qeyd edək ki, millimizin Serbiya ilə yoxlama oyunu iyunun 7-də baş tutacaq. 5 gün sonra isə komandamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçin qonağı olacaq. 

0