Saymon Kleq: Bu, Oyunları Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədindən irəli gəlir
22.05.2015 - 10:35
Saymon Kleq: Bu, Oyunları Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədindən irəli gəlir

Bakı-2015 Mingəçevirdə bu gün - Avropa Oyunları məşəlinin şəhərə çatmasıyla eyni gündə - bilet satışı məntəqəsini açıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, iyunun 14-16-da Oyunların avarçəkmə yarışlarına baxmaq istəyən idmansevərlər biletləri şəhərin Dram Teatrının kassasından ala biləcəklər.

 

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, yeni açılan kassa I Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədindən irəli gəlir: “Nəticə onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər”.

 

Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1-3, final mərhələsi üçün isə 1-5 manat arasında müəyyən olunub. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaqlar.

 

Mingəçevir Dram Teatrının kassası M.Füzuli küçəsi 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.

0