Elbrus Məmmədov: Oyunumuzda anarxiya yarandı
22.05.2015 - 19:29
Elbrus Məmmədov: Oyunumuzda anarxiya yarandı

“Sumqayıt”da yerli komandaya məğlub olan “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov oyun haqqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, sözə “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edərək başlayan baş məşqçi kiçik səhvdən sonra komandanın öz oyununu itirdiyini qeyd edib:

 

“Başlanğıc bizim üçün yaxşı alındı. Daha sonra kiçik səhv etdik. Bu qolu buraxdıqdan sonra oyunumuzda anarxiya yarandı. İkinci qolu buraxdıqdan sonra dönüş edə bilmədik”.

 

Elbrus Məmmədov həmçinin gənc qapıçı Tərlan Qasımzadəni oyunun ən yaxşısı olduğunu deyib:

 

“Tərlan qol buraxsa da, oyunun ən yaxşılarından idi. Onun yaxşı gələcəyi var”.

 

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov isə yaxşı oynadıqlarını deyib:

 

“Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi. Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış etdi”. 

0