[b]Prosineçkiyə lazım olmayan “11-lik”[/b]
22.05.2015 - 23:00
[b]Prosineçkiyə lazım olmayan “11-lik”[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin açıqladığı 25 futbolçudan ibarət heyət bəzi məqamları ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, iyunun 7-də Serbiya ilə yoxlama, 12-də Norveçlə seçmə matçı keçirəcək komandamızın  heyətinin statistik göstəriciləri belə deməyə əsas verir.

 

Debütant adına 9 namizəd. Yığmaya çağırılan oyunçulardan 9-u indiyədək millidə rəsmi matça çıxmayıb. Onlardan bəziləri əvvəlki toplanışlara qatılsa da, heç bir qarşılaşmada etimad qazanmayıb. Bunlar Coşqun Diniyev, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Emil Balayev, Elvin Camalov, Cavid Tağıyev, Pavel Paşayev, Elnur Cəfərov, Aqil Məmmədovdu. Onlardan ikisi Elnurla Pavel ümumiyyətlə ilk dəfə ölkəmizin əsas yığmasına cəlb olunub.

 

8 milliləşən. Ukrayna vətəndaşı olan Paşayev yığmamızdakı milliləşən legionerlərin sayını 8-ə çatdırıb. Ona qədər millimizə cəlb olunan rusiyalılar Bədavi Hüseynov, Arif Daşdəmirov, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, almaniyalılar Dmitri Nazarov və Tuğrul Erat da heyətdə yer alıb.

 

Prosineçki üçün yeni adlar. 5 futbolçu 2015-ci ildə ilk dəfə yığmaya çağırılıb. Bu isə o deməkdi ki, Prosineçki həmin futbolçuları ilk dəfə komandanın düşərgəsinə çağırıB. İlk dəfə bu il millinin heyətini açıqlayan mütəxəssis Peval Paşayev, Tuğrul Erat, Elnur Cəfərov, Aqil Məmmədov, Araz Abdullayevi 1-ci dəfə sərəncamında görəcək. Əvvəlki iki heyətdə “Neftçi”dən heç kimə güvənməyən xorvatiyalı bu dəfə fərqli qərar verib.

 

Artıq olan 71 gün. Milliyə ilk dəfə çağırılan Cəfərov bu ilin martında 18 yaşını qeyd edib. Serbiya ilə qarşılaşmada meydana çıxsa, “Xəzər Lənkəran”ın futbolçusu 18 yaş 71 günlüyündə debüt edəcək. O, 18 yaşı tamam olmamış yığma həyəcanı yaşayan oyunçular sırasına düşmək üçün 71 gün gecikmiş olacaq. Bu siyahıda isə cəmi 6 futbolçu var. Bunlar Araz Abdullayev, Vüqar Nadirov, Vaqif Cavadov, Zaur Həşimov, Ramal Hüseynov, Dmitri Kramarenkodu. Onlardan dördü – Abdullayev, Cavadov, Hüseynov və Nadirov 18 yaşını qeyd etməmiş seçmə oyununun da iştirakçısı olub.

 

4 ölkədən 6 legioner. Prosineçkinin siyahısında yer alanlar təkcə Topaz Premyer Liqasını deyil, daha 4 çempionatı da əhatə edir. Belə ki, Azərbaycandan kənarda çıxış edən 6 futbolçu da milliyə çağırılıb. Onlar 4 çempionatı təmsil edir. Kamran Ağayev Türkiyə, Paşayev Ukrayna, Ruslan Qurbanov Xorvatiya çempionatını təmsil edirsə, Almaniyadan 3 oyunçu millimizin sıralarında olacaq. Bunlar Emil Balayev, Dmitri Nazarov və Tuğrul Eratdı.

 

Lazım olmayan “11-lik”. Əvvəlki 2 toplanış dövrünsə yığmaya çağırılanlardan 11-i bu dəfə siyahıda yer almayıb.  Bu futbolçuların da siyahıdan kənar qalacağı xeyli əvvəldən məlum idi. Çünki bəziləri zədə üzündən, bəziləri isə klubundakı durumuna görə hazırda yığmaya münasib deyil. Prosineçkinin 2015-ci ildə sınayıb, bu dəfə lazım bilmədiyi “11-lik”də Andrey Popoviç, Namiq Ələsgərov, Eddi İsrafilov, Mahir Şükürov, Vaqif Cavadov, Səlahət Ağayev, Ağabala Ramazanov, Anton Krivotsyuk, Orxan Əliyev, Rəşad Eyyubov, Rəşad Sadiqov yer alıblar.

 

 

futbolçu

oyun

qol

*

Rəşad Sadıqov

95

4

2

Vüqar Nadirov

58

4

2

Kamran Ağayev

52

-80

1

Cavid Hüseynov

44

2

2

Ruslan Abışov

44

4

2

Rahid Əmirquliyev

41

1

2

Elvin Məmmədov

32

7

2

Maksim Medvedev

29

0

2

Əfran İsmayılov

20

1

2

Bədavi Hüseynov

17

0

2

Qara Qarayev

14

0

2

Araz Abdullayev

14

0

0

Dmitri Nazarov

8

2

1

Arif Daşdəmirov

3

0

2

Tuğrul Erat

2

0

0

Ruslan Qurbanov

1

0

1

Coşqun Diniyev

0

0

2

Məhəmməd Mirzəbəyov

0

0

2

Məhəmməd Qurbanov

0

0

2

Emil Balayev

0

0

2

Elvin Camalov

0

0

1

Cavid Tağıyev

0

0

1

Pavel Paşayev

0

0

0

Elnur Cədərov

0

0

0

Aqil Məmmədov

0

0

0

 

* - 2015-ci ildə keçirilən əvvəlki toplanışlarda iştirak sayı.

0