[b]“Neftçi” Almaniyada futbolçu axtarışına çıxdı[/b]
25.05.2015 - 10:27
[b]“Neftçi” Almaniyada futbolçu axtarışına çıxdı[/b]

Yayda heyətlə bağlı ciddi islahatlar aparmağı planlaşdıran “Neftçi” təkcə yerli oyunçuların transferi ilə kifayətlənməyəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu heyətinə legionerlər qatmağı da planlaşdırır.

 

Bu məqsədlə klubun idman direktoru Vəli Qasımov Azərbaycanı tərk edib. O, klub rəhbərliyi tərəfindən Almaniyaya göndərilib. Qasımov “Neftçi”nin transfer gündəmində yer alan futbolçuların oyununu izləyərək, onların “ağ-qaralar”a xeyir verə biləcək səviyyədə olub-olmadığını müəyyənləşdirəcək.

 

Vəli Qasımovun konkret hansı oyunçulara görə Almaniyaya getdiyi hələ bəlli deyil.

 

Qeyd edək ki, “Neftçi” eyni zamanda Azərbaycan çempionatında çıxış edən bir neçə futbolçu ilə danışıq aparır. Bunlar Derlis Meza Kolli, Vüqar Mustafayev, Ruslan Abışov və Məhəmməd Qurbanovdu. 

0