[b]Leroy Corc Türkiyə klubuna keçə bilər[/b] - "Sabah" qəzeti
25.05.2015 - 11:04
[b]Leroy Corc Türkiyə klubuna keçə bilər[/b] - "Sabah" qəzeti

“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corc karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının Türkiyənin “Sabah” qəzetinə istinadən məlumatına görə, hollandiyalı futbolçu “Göztəpə” klubunun maraq dairəsindədi.

 

Türkiyə PTT I Liqasına vəsiqə qazanan “Göztəpə”nin hədəfi 12 illik Superliqa həsrətinə son qoymaqdı. Bu səbəbdən heyəti gücləndirmək fikrində olan rəhbərlik, xüsusən də, Azərbaycana diqqət ayırıb. Baş məşqçi Mətin Diyadinin komandasında görmək istədiyi ilk oyunçu isə məhz Leroy Corcdu. Xəbərdə o da vurğulanıb ki, yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran 28 yaşlı futbolçu ilə danışıqlara artıq start verilib.

 

Qeyd edək ki, Leroy Corc 2013-cü ildən “Qarabağ”ın formasını geyinir.

0