“Blatter əsl diktatordu” - Maradona
25.05.2015 - 13:06
“Blatter əsl diktatordu” - Maradona

“Blatterin yenidən FİFA prezidenti seçiləcəyinə inanmıram. Çünki artıq, demək olar ki, heç kim onu dəstəkləmir”. Apasport.az saytının məlumatına görə, bunu əfsanəvi futbolçu Dieqo Armando Maradona deyib.

 

Mayın 29-da İsveçrənin paytaxtı Sürixdə FİFA-nın yeni prezidenti seçiləcək. Maradona prezidentin mütləq dəyişməsini istəyir: “Blatter bu yaxınlarda mənə söz verdi ki, futbolda irqçiliyə qarşı sona qədər mübarizə aparacaq və qadın idmanına diqqəti artıracaq. Bu, məndə gülüş doğurdu. Amma görün nə etdi? O, əsl diktatordu. Onda artıq futbol həyəcanı qalmayıb. Blatter yenidən prezident seçilsə, çox məyus olaram”.

 

Qeyd edək ki, Blatterlə yanaşı, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn də FİFA prezidentliyinə namizəddi.

0