[b]Avropa Liqası: Daha 13 potensial rəqib müəyyənləşdi[/b]
25.05.2015 - 15:59
[b]Avropa Liqası: Daha 13 potensial rəqib müəyyənləşdi[/b]

Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək daha 13 klubun yer alacağı səbət dəqiqləşib. Apasport.az saytının məlumatına görə, püşkatma zamanı bu komandalardan 7-si səpələnmiş, 6-sı səpələnməmiş komandalar arasında olacaq.

 

“Birkirkara” (Malta), “Hayduk” (Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Botosani” (Rumıniya), “Şaxtyor” (Belarus) Azərbaycan təmsilçiləri “Neftçi” ilə “İnter”in yer aldığı səpələnmişlər səbətinə daxil olub. Bu komandalar digər təmsilçimiz “Qəbələ”nin potensial rəqibidi.

 

“Selye” (Sloveniya), “Dinamo” (Batumi, Gürcüstan), “La Fiorita” (San-Marino), “Partizani” (Albaniya), “Proqres” (Lüksemburq), “Çukariçki” (Serbiya) isə paytaxtı təmsil edən klublarımızla görüşə bilər.

 

Bununla da I təsnifat mərhələsində iştirakı dəqiqləşənlərin ümumi sayı 82-yə çatıb. Onların 37-si səpələnmiş, 43-ü səpələnməmişlər səbətində yer alacaq. Digər iki klubun hansı səbətdə olacağı isə hələ dəqiqləşməyib.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Buduçnost” (Monteneqro), “Koper” (Sloveniya), “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Elfsborq”, AİK, “Hötebotq” (hamısı İsveç), “NEFTÇİ” (AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Qo Ehed İqls” (Hollandiya), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “İNTER” (AZƏRBAYCAN), “Linfild” (Şimali İrlandiya), “Valletta” (Malta), “Rabotniçki” (Makedoniya), “Torpedo”, “Şaxtyor” (hər ikisi Belarus), “Aberdin” (Şotlandiya), “HB Torshavn” (Farer adaları), “Birkirkara” (Malta), “Hayduk” (Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Botosani” (Rumıniya)

 

Səpələnməmişlər

“Renova” (Makedoniya), “Selye” (Sloveniya), “Mladost” (Monteneqro), “Flora” (Estoniya), “Ferensvaroş” (Macarıstan), “Skonto”, “Yelqava”, “Spartak” (hamısı Latviya), “Vikinqur” (İslandiya), “Odd Qrenland” (Norveç), “Kukesi”, “Şkendiya”, “Partizani” (hamısı Albaniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Ordabası”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Tiraspol” (Moldova), MTK (Macarıstan), “Şirak”, “Uliss” (hər ikisi Ermənistan), “Qlentoran”, “Qlenavon” (hər ikisi Şimali İrlandiya), “Vaasa” , SJK, “Lahti” (hamısı Finlandiya), “Kalev” (Estoniya), “Sent Culiya”, “Lusitanos” (hər ikisi Andorra), “Vikinqur”, “Runavik” (hər ikisi Farer adaları), “Trakai”, “Kruoja”, “Atlantas (hamısı Litva), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Airbus”, “Nyutaun”, “Bala Taun” (hamısı Uels), “Baltsan” (Malta), “Çukariçki” (Serbiya), “Dinamo” (Batuçi, Gürcüstan), “La Fiorita” (San-Marino), “Proqres” (Lüksemburq)

 

Qeyri-müəyyənlər

 “Vaduts” (Lixtenşteyn), “Domjale” (Sloveniya)

 

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq

 

0