Premyer Liqada yeni rekord
25.05.2015 - 17:48
Premyer Liqada yeni rekord

İngiltərənin “Çelsi” klubu Premyer Liqada yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, çempion titulunu qazanan London təmsilçisi 274 gün liderlik etməyi bacarıb.

 

Joze Morinyonun yetirmələri “Mançester Yunayted”in 1993/94 mövsümündə nail olduğu nailiyyəti 12 gün yeniləyib. Mançesterlilər 21 il öncə 262 gün zirvədə qərarlaşmışdı.

 

3-cü pillədə “Çelsi”nin 2005/06 mövsümündəki nəticəsidi – 257 gün. 2006/07 mövsümündə isə “Mançester Yunayted” 250 gün tatda qalıb.

0